Azərbaycan çempionatının reqlamenti açıqlanıb

Xəbərlər
5 Oktyabr 2023 13:56
207
Azərbaycan çempionatının reqlamenti açıqlanıb

Azərbaycan Basketbol Liqasında (ABL) 2023/24 mövsümünün reqlamenti açıqlanıb.

İdman.biz xəbər verir ki, oktyabrın 22-də başlayacaq ABL iki dövrədən - 18 turdan ibarət olacaq.

Yeni reqlamentə əsasən, müntəzəm mövsümü ilk altılıqda tamamlayan klublar play-off mərhələsinə vəsiqə qazanacaqlar. Bu “altılıq”da ilk iki sıranı tutmuş klublar birbaşa play-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Qeyd edək ki, ABL-in oyunları "Sərhədçi" İdman Mərkəzi ilə yanaşı, bölgələrdə yerləşən Olimpiya İdman Komplekslərində də baş tutacaq. Ötən ildən fərqli olaraq, 29-cu Azərbaycan çempionatında 10 komanda - "Sabah", NTD-INDIGO (Xaçmaz), "Gəncə", "Xırdalan", "Sərhədçi", "Neftçi", "Cəlilabad", "Şəki", "Xəzri" və "Sumqayıt" çempionluq uğrunda mübarizə aparacaq.

İdman.biz