Erməniləri topla “döyən” azərbaycanlılar - SİYAHI

Xəbərlər
9 İyul 2024 18:25
1 169
Erməniləri topla “döyən” azərbaycanlılar - SİYAHI

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilk turunda Ermənistanı darmadağın edib.

İdman.biz xəbər verir ki, C divizionunun qrup mərhələsinin I turunda qeydə alınan 86:59 hesablı qələbədə 7 oyunçumuz pay sahibi olub.

Erməniləri “topla döyənlər”in siyahısında Angelina İsmayılova başçılıq edir. O, görüşü 26 xalla tamamlayıb.

Daha üç basketbolçumuz yarışın ilk günündə 10 və ya daha çox xal yığıb. Dəniz Gokçöl 17, Leyla Allahverdiyeva 15, Sitarə Abbasova 14 xala sevinib.

Çempionata qələbə ilə start verilməsində daha üç basketbolçunun xidməti olub. Aylin Niftəliyeva 6, Vanesa Çokarova 5, Sofiya Kərimova 3 xal yığıb.

Qeyd edək ki, millimiz sabah Gürcüstanla qarşılaşacaq.

İdman.biz