Evren Alkaya: “Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyəmiz olsun”

Müsahibə
9 İyul 2024 17:33
895
Evren Alkaya: “Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyəmiz olsun”

“Rəqibə qarşı yaxşı hazırlaşmışdıq. Əsas silahlarını dayandırmağa çalışdıq”.

İdman.biz xəbər verir ki, bunu 16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya deyib.

Mütəxəssis Avropa çempionatının C divizionunda Ermənistan üzərində 86:59 hesablı qələbəni şərh edib. O bildirib ki, inam qələbənin yarısı olub: “Atışlarda çox uğurlu ola bilmədik. Amma çox aqressiv müdafiə olunduq. Onlara rahat düşünmək imkanı vermədik. Sürətli hücumlarla və kritik atışlarla nəticə qazan bildik. Ən yaxşı şəkildə turniri bitirib çempion olmağa çalışacağıq. Qələbə qazanacağımıza çox inanırdıq və bunun nəticəsində də zəfər əldə etdik. Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyəmiz olsun”.

Qeyd edək ki, Azərbaycan sabah növbəti oyununu Gürcüstana qarşı keçirəcək.

İdman.biz

Məqalədə: