Millilərimiz hazırlıqların ikinci mərhələsini Kiprdə keçəcəklər

Xəbərlər
25 İyun 2024 11:30
89
Millilərimiz hazırlıqların ikinci mərhələsini Kiprdə keçəcəklər

Azərbaycanın qız basketbolçulardan ibarət U-16 və U-18 yığmaları Bakıdakı təlim-məşq toplanışının birinci mərhələsini yekunlaşdırıblar.

İdman.biz xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz bu zaman ərzində, taktiki, texniki və fiziki çalışmaları mütəmadi şəkildə davam etdirərək, bir neçə yoxlama oyunu da keçiriblər.

İyunun 26-da isə komandalarımız Avropa çempionatı öncəsi son hazırlıqlar üçün Kiprə yollanacaqlar. Burada 7 gün təlim-məşq toplanışı keçirdikdən sonra U-16 yığmamız iyulun 9-14-də Cəbəllütariqdə baş tutacaq Avropa çempionatı C divizionun oyunlarında mübarizə aparacaq.

İdman.biz

Məqalədə: