“Baku Flames”in növbəti sınağı: 6 rəqib müəyyənləşib

Xəbərlər
22 İyun 2024 11:51
143
“Baku Flames”in növbəti sınağı: 6 rəqib müəyyənləşib

Basketbolun 3x3 növü üzrə Dünya seriyasının Azərbaycanda keçiriləcək Quba mərhələsinin iştirakçılarından yeddisi dəqiqləşib.

İdman.biz xəbər verir ki, yalnız Qəbələ mərhələsində çıxış etmiş təmsilçimiz "Baku Flames" də növbəti sınağına çıxacaq.

Komandamızın rəqibləri arasında Niderland, Çexiya, Avstraliya və Filippin milliləri də olacaq. Çinin U-21 yığması və Almaniyanın "Düsseldorf ZOOS" klubu da yarışa qatılacaq.

Qeyd edək ki, Quba mərhələsi iyulun 20-21-də keçiriləcək.

İdman.biz

Məqalədə: