“Los-Anceles Leykers”də yeni baş məşqçi

Xəbərlər
21 İyun 2024 00:27
105
“Los-Anceles Leykers”də yeni baş məşqçi

“Los-Anceles Leykers”in yeni baş məşqçisinin adı dəqiqləşib.

İdman.biz xəbər verir ki, NBA təmsilçisinə Cey Cey Redik rəhbərlik edəcək.

Onunla 4 illik müqavilə imzalanacaq. Artıq Redikin köməkçisi də dəqiqləşib. İki qat NBA çempionu Recon Rondonun onun assistenti olacağı bildirilib.

Qeyd edək ki, “Leykers”ə son mövsümdə Devid Hem başçılıq edib. Komanda onun rəhbərliyi ilə pley-offun ilk mərhələsində “Denver”ə 1:4 hesabı ilə uduzub.

İdman.biz