Yeniyetmə basketbolçularımız beynəlxalq turnirdə ikinci yeri tutublar

Xəbərlər
8 Dekabr 2025 20:08
42
Yeniyetmə basketbolçularımız beynəlxalq turnirdə ikinci yeri tutublar

Yeniyetmə qız və oğlan komandalarımız 5–7 dekabr tarixlərində Minskdə keçirilən Vladimir Rıjenkov adına XXVIII beynəlxalq turnirdə çıxışlarını yekunlaşdırıb.

İdman.Biz bildirir ki, qızlardan ibarət komandamız turnidə ikinci yeri tutub.

Oğlanlardan ibarət millimiz isə 4-cü yerlə kifayətlənməli olub.

Bundan əlavə, 3 idmançımız - Leyla Allahverdiyeva, Polina Şukina və Faiq Kərimov xüsusi nominasiyalarda mükafatlandırılıb.

İdman.Biz