Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub - YENİLƏNİB

5 Dekabr 2025 20:00
224
Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub  - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub.

İdman.Biz-in məlumatına görə, günün son oyununda “Sabah” “Şəki”nin qonağı olub.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 115:83.

Günün ilk oyununda “Quba” “Sumqayıt”dan üstün olub - 107:90.

16:51

Azərbaycan Basketbol Liqasında VIII turun daha bir oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, günün ilk oyununda “Quba” “Sumqayıt”ı qəbul edib.

Matç meydan sahiblərinin qələbəsi ilə bitib - 107:90.

Günün ikinci qarşılaşmasında “Şəki” “Sabah”la üz-üzə gələcək.

Qeyd edək ki, VIII turda daha əvvəl “Ordu” “Sərhədçi”ni (100:64), “Gəncə” “Neftçi”ni (80:73), “Abşeron Lions” NTD-ni (102:87), “Naxçıvan” “Lənkəran”ı (82:75) məğlub edib.

10:57

Bu gün Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.

B qrupunda yer alan “Quba” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək. Meydan sahibləri 9 xalla beşinci, eyni xala malik “gənclik şəhəri” təmsilçisi altıncıdır.

A qrupunda isə “Şəki” “Sabah”la üz-üzə gələcək. Bu görüş saat 17:00-da başlayacaq. Bölgə klubu 8 xalla beşinci, paytaxt təmsilçisi 14 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, VIII turda daha əvvəl “Ordu” “Sərhədçi”ni (100:64), “Gəncə” “Neftçi”ni (80:73), “Abşeron Lions” NTD-ni, “Naxçıvan” “Lənkəran”ı (82:75) məğlub edib.

İdman.Biz