Azərbaycanın U-16 oğlan və qız basketbol milliləri Belarusun paytaxtı Minskə səfər ediblər.
İdman.Biz Basketbol Federasiyasına istinadla xəbər verir ki, komandalar burada Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunmuş XXVIII beynəlxalq turnirdə iştirak edəcəklər.

Məlumata görə, yarış 2009-cu il təvəllüdlü və daha gənc basketbolçuları bir araya gətirir.
Turnirdə Azərbaycan milliləri ilə yanaşı, ev sahibi Belarusun yığmaları, eləcə də Qazaxıstan və Rusiya komandaları mübarizə aparacaqlar.
Qeyd edək ki, beynəlxalq turnir dekabrın 5-dən 7-dək davam edəcək.
