Azərbaycanın basketbol millisi beynəlxalq turnirdə ikinci oyunda da qələbə qazanıb

Xəbərlər
7 Dekabr 2025 15:25
183
Azərbaycanın basketbol millisi beynəlxalq turnirdə ikinci oyunda da qələbə qazanıb

Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 millisi Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq turnirdə keçirdiyi növbəti oyunda qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, yığma bu dəfə Qazaxıstandan güclü olub - 74:60.

Qeyd edək ki, U-16 turnirdə daha əvvəl Belarusu 65:61 hesabı ilə məğlub etmişdi.

İdman.Biz