18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.
İdman.biz xəbər verir ki, Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi komanda Tbilisidə gürcüstanlı həmyaşıdları ilə üz-üzə gəlib.
Matç meydan sahiblərinin 73:67 hesablı qələbəsi ilə başa çatıb. Yığmamız Tbilisidə daha bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.
Qeyd edək ki, basketbolçularımız Tbilisidəki təlim-məşq toplanışına iyunun 20-də start veriblər.
İdman.biz