Millimiz Friburqda oynayacaq

Xəbərlər
11 İyun 2024 13:42
179
Millimiz Friburqda oynayacaq

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin qatılacağı daha bir turnir bəlli olub.

İdman.biz xəbər verir ki, yığmamız Qadın Seriyasının Friburq mərhələsində də iştirak edəcək.

Bu, komandamızın seriyada 3-cü sınağı olacaq. Qəbələ mərhələsində mübarizə aparmış millimiz bu həftə Klermon-Ferranda (Fransa) meydana çıxacaq.

İsveçrədəki mərhələdə İspaniya, Niderland, Almaniya, Polşa, ABŞ, Çexiya, İsrail, Rumıniya, İrlandiya yığmaları və Macarıstanın “Qyor” klubunun iştirakı da dəqiqləşib.

Qeyd edək ki, Friburq mərhələsi iyulun 4-5-də keçiriləcək.

İdman.biz

Məqalədə: