0:4 hesabı istefa ilə nəticələnib

Xəbərlər
10 May 2024 00:32
51
0:4 hesabı istefa ilə nəticələnib

NBA təmsilçisi “Finiks Sanz” baş məşqçi Frank Fogellə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, pley-offdakı uğursuzluq ona bağışlanılmayıb.

Fogel komandaya cəmi 1 mövsüm rəhbərlik edib. “Finiks” müntəzəm çempionatda 49 oyunda qələbə qazanıb, 33-də uduzub. “Günəşlilər” pley-offun ilk mərhələsində “Minessota”ya 0:4 hesabı ilə uduzublar.

Qeyd edək ki, Frank 2019/2020 mövsümündə “Los-Anceles Leykers”ə NBA çempionluğunu qazandırıb.

İdman.biz