Paris-2024: Millimizin bütün rəqibləri müəyyənləşib

Xəbərlər
20 May 2024 09:22
178
Paris-2024: Millimizin bütün rəqibləri müəyyənləşib

Basketbolun 3x3 növündə Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək bütün komandalar bəlli olub.

İdman.biz xəbər verir ki, son vəsiqələr Macarıstanın Debretsen şəhərində təşkil olunan FİBA Olimpiya Təsnifat Turnirində sahiblərini tapıb.

Qadınların yarışında Almaniya, İspaniya və Kanada Paris-2024-ə yüksəlib. Bu komandalar da Azərbaycan millisinin Fransa paytaxtındakı rəqibləri olub.

Yığmamız Parisdə Fransa, Çin, ABŞ, Avstraliya, Almaniya, İspaniya və Kanada ilə qarşılaşacaq.

Qeyd edək ki, kişilərin yarışında Serbiya, ABŞ, Çin, Latviya, Niderland, Fransa, Litva və Polşa mübarizə aparacaq.

İdman.biz