Həlledici oyunların adamı – İrvinq

Xəbərlər
19 May 2024 13:40
89
Həlledici oyunların adamı – İrvinq

“Dallas Maveriks”in basketbolçusu Kayri İrvinq NBA-nın pley-offunda həlledici oyunlarda uduzmur.

İdman.biz xəbər verir ki, onun hesabında 14 belə matç var.

O, “Dallas”ın heyətində növbəti uğurlu oyunu keçirib. Kayrinin komandası seriyanın 6-cı oyununda “Oklahoma-Siti”yə 117:116 hesabı ilə qalib gəlib. 4:2 hesablı üstünlük qazanan "Maveriks" Qərb konfransının finalına vəsiqə qazanıb (95:117, 119:110, 105:101, 96:100, 104:92, 117:116).

Qeyd edək ki, “Dallas” finalda “Denver” – “Minnesota” (3:3) cütü arasında keçiriləcək həlledici görüşün qalibi ilə qarşılaşacaq.

İdman.biz