Pley-off "Xırdalan" - "Neftçi" ilə start götürəcək

Xəbərlər
29 Aprel 2024 23:23
112
Pley-off "Xırdalan" - "Neftçi" ilə start götürəcək

Azərbaycan Basketbol Liqasında pley-offun proqramı bəlli olub.

İdman.biz xəbər verir ki, 1/4 finala sabah start veriləcək.

"Xırdalan" - "Neftçi" və "Xəzri" – "Sərhədçi" cütləri yarımfinala vəsiqə qazanacaq 2 güclünü müəyyən edəcək. Reqlamentə görə, mübarizə 2 qələbəyədək davam edəcək. Mərhələnin ilk oyununda "Xırdalan" "Neftçi" ilə üz-üzə gələcək.

Qeyd edək ki, müntəzəm çempionatı ilk 2 pillədə bitirən "Sabah" və NTD-İNDİQO birbaşa yarımfinala vəsiqə qazanıb.

Azərbaycan Baketbol Liqası, pley-off
1/4 final
30 aprel
19:30. "Xırdalan" – "Neftçi"

"Sərhədçi" İdman Mərkəzi

1 may
19:30. "Xəzri" – "Sərhədçi"

"Sərhədçi" İdman Mərkəzi

2 may
19:30. "Neftçi" – "Xırdalan"

"Sərhədçi" İdman Mərkəzi

3 may
19:30. "Sərhədçi" – "Xəzri"

"Sərhədçi" İdman Mərkəzi

İdman.biz