“Neftçi” Azərbaycan kubokunun qalibi olub - FOTO - VİDEO

Xəbərlər
20 Aprel 2024 17:32
174
“Neftçi” Azərbaycan kubokunun qalibi olub - FOTO - VİDEO

Basketbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, həlledici qarşılaşmada “Neftçi” ilə “Xəzri” üz-üzə gəlib.

Oyuna yaxşı başlayan “Xəzri” ilk 2 periodu 39:32 hesabı ilə xeyrinə bitirib. Sonrakı hissələrdə toparlanan “ağ-qaralar” daha yaxşı oyun nümaiş etdiriblər. Nəticədə onlar yekunda qələbəyə seviniblər.

Azərbaycan kuboku
Final
20 aprel
15:00. “Xəzri” - “Neftçi” - 61:65 (24:18, 15:14, 12:21, 10:12)

“Sərhədçi” İdman Mərkəzi

İdman.biz

Məqalədə: