Basketbol yığmamız Vətənə qayıdıb - FOTO - VİDEO

Xəbərlər
16 Aprel 2024 11:10
259
Basketbol yığmamız Vətənə qayıdıb - FOTO - VİDEO

Honkonqda keçirilən Olimpiya Təsnifat Turnirinin qalibi kimi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Basketbol Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.

Azərbaycan Olimpiadada həm basketbolçular, həm də komanda yarışında ilk dəfə təmsil olunacaq.

Qeyd edək ki, yığmamız qrupda Çilini 17:14, Monqolustanı 13:12 hesabı ilə məğlub edib, Niderlanda uduzub – 11:15. Basketbolçularlarımız yarımfinalda Macarıstana 21:19, finalda isə Polşaya 18:17 hesabı ilə qalib gəlib.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: