Millimizin yarımfinaldakı rəqibi dəqiqləşib

Xəbərlər
13 Aprel 2024 16:54
139
Millimizin yarımfinaldakı rəqibi dəqiqləşib

Azərbaycanın basketbolun 3x3 növü üzrə qadın yığmasının Olimpiya Təsnifat Turnirindəki növbəti rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, Honkonqda təşkil olunan yarışın yarımfinalına yüksələn millimiz Macarıstanla qarşılaşacaq.

B qrupunda 2-ci yeri tutan komandamızın A qrupunun qalibi ilə dueli sabah baş tutacaq. Tiffani Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Marsedes Uolkerdən ibarət yığmamız Paris-2024-ə yeganə vəsiqəni ələ keçirmək üçün bu matçların ikisində qalib gəlməlidir.

Millimiz sabah saat 11:30-da yarımfinal sınağına çıxacaq. Digər yarımfinalda Niderlandla A qrupunun ikincisi Polşa görüşəcək.

Qeyd edək ki, yığmamız qrupda Çilini 17:14, Monqolustanı 13:12 hesabı ilə məğlub edib, Niderlanda uduzub – 11:15. Macarlar qrup mərhələsində Honkonqa (21:7), Polşaya (20:16) qalib gəlib, Misirə (17:20) uduzub.

İdman.biz

Məqalədə: