“Xəzri”nin baş məşqçisi bəhanələrə sığınmayıb

Xəbərlər
6 Aprel 2024 00:18
88
“Xəzri”nin baş məşqçisi bəhanələrə sığınmayıb

“Kuboku da nəzərə alsaq, ardıcıl 2-ci məğlubiyyətimizi yaşadıq”.

İdman.biz xəbər verir ki, bunu “Xəzri” basketol klubunun baş məşqçisi Murat Dikmen deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının 16-cı turunda “Sumqayıt”a 77:84 hesablı məğlubiyyəti şərh edib: “Heç bir zaman bəhanələrə sığınmadım. Amil Həmzəyev, Ceremi Maklaflin və Yusuf Məhəmməd zədəli olduqları üçün yalnız 1 gün məşq edə biliblər. Təxminən iki həftədir əksər oyunçularımız zədədən əziyyət çəkirdi. Ona görə də son həftələrdə yaxşı məşq edə bilməmişdik. Bu gün hər kəs əlindən gələni etməyə çalışdı, lakin qələbə üçün yetərli olmadı. Mövsümün ən pis matçını oynadıq. Ümid edirəm ki, qarşıdakı matçlara daha yaxşı hazırlaşaraq, işimizə köklənəcəyik. Bu məğlubiyyətdən sonra liderliyi əldən verə bilərik. Çempionatı ilk iki sırada bitirməyi hədəfləyirik.

Qeyd edək ki, 16 oyundan sonra 29 xal toplayan “Xəzri” 1-ci pillədə qərarlaşıb.

İdman.biz