Rondodan vida açıqlaması

Xəbərlər
2 Aprel 2024 18:34
123
Rondodan vida açıqlaması

NBA-nın ikiqat çempionu Recon Rondo peşəkar karyerasını başa vuracaq.

İdman.biz xəbər verir ki, o, bu barədə özü açıqlama verib.

Teleşoulardan birində çıxış edən 38 yaşlı basketbolçu ailəsi ilə daha çox vaxt keçirmək üçün belə qərar verdiyini bildirib. Rondo karyerası əzində “Boston Seltiks”, “Dallas Maveriks”, “Sakramento Kinqz”, ”Çikaqo Bullz”, “Nyu-Orlean Pelikans”, “Los-Anceles Leykers”, “Atlanta Houks”, “Los-Anceles Klippers” və “Klivlend Kavalyers” kimi klubların formasını geyinib.

Qeyd edək ki, Recon NBA-da 957 oyunda meydana çıxıb. O, bu görüşlərdə orta hesabla 9,8 xal, 4,5 götürmə və 7,9 ötürməlik nəticə göstərib.

İdman.biz

Məqalədə: