NBA-nın veteran ulduzu Şakil O Nil Luka Donçiç haqqında danışıb.
İdman.biz xəbər verir ki, o, serbiyalı basketbolçunu “Dallas” tarixinin ikinci ən yaxşısı adalandırıb.
Şakil seçimini belə izah edib: “Luka Donçiç “Dallas”ın tarixində ikinci ən yaxşı basketbolçudur, çempionluğa görə, belə deyirəm. Əgər o, titul qazanarsa, Lukanı Dirk Novitski ilə müqayisə edə bilərik. Hələlik belədir. Donçiç əla basketbolçudur”.
Qeyd edək ki, Luka müntəzəm çempionatın ən dəyərli basketbolçusuna veriləcək MVP mükafatı reytinqində 2-ci pillədə qərarlaşıb. O, “Denver”in üzvü Nikola Yokiçdən geri qalır.
İdman.biz