Uşaq məşqçiləri üçün seminar - FOTO

Xəbərlər
28 Mart 2024 19:59
Uşaq məşqçiləri üçün seminar - FOTO

Bu gün Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə uşaq basketbolu məşqçiləri üçün seminar-təlimlərə start verilib.

İdman.biz xəbər verir ki, təlimdə Bakı şəhərini və respublikanın digər regionlarını təmsil edən 116 nəfər məşqçi iştirak edir.

Seminarın yekununda iştirakçılar nəzəri və praktiki hazırlıq üzrə imtahanda iştirak edəcəklər. Təlim tədris imtahanlarından müvəffəqiyyətlə keçən məşqçilər "C" kateqoriyalı sertifikat ilə təltif olunacaqlar.

Qeyd edək ki, seminar 3 gün davam edəcək.

İdman.biz