Kurtinaytisin narahatlığı

Xəbərlər
6 Mart 2024 22:14
148
Kurtinaytisin narahatlığı

“Çətin qarşılaşma olsa da, oyuna nəzarət bizdə idi”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan kubokunda qələbə qazanan “Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis deyib.

Litvalı mütəxəssis turnirdə keçirdikləri ikinci oyunu şərh edib. Kurtinaytis “Gəncə”ni 89:77 hesabı ilə məğlub etdikləri matçda çoxlu top itkilərindən narazı qalıb: "Razı və narazı qaldığım məqamlar oldu. Qələbə qazandığımıza görə şadam. Xal fərqi önəmli deyil. Top itkilərimizin çox olması məni narahat edir. 3 xallıq atışlar istədiyimiz kimi alınmasa da, səbət altında yaxşı idik. Növbəti oyuna daha yaxşı hazırlaşacağıq".

Qeyd edək ki, “Sabah” Azərbaycan kubokunda keçirdiyi hər iki matçı qələbə ilə başa vurub.

İdman.biz