SSRİ dövründə Azərbaycan yığmasının kapitanının oğlu basketbolu seçməsinin səbəbini açıqlayıb

Müsahibə
12 Fevral 2024 15:43
248
SSRİ dövründə Azərbaycan yığmasının kapitanının oğlu basketbolu seçməsinin səbəbini açıqlayıb

Azərbaycan millisinin basketbolçusu Ender Poladxanlının bu idman növünü seçməsinin səbəbi bəlli olub.

Bunu İdman.bizə müsahibəsində “Sabah” klubunun liderinin özü açıqlayıb.

O bildirib ki, basketbola bağlılığı ailədən gəlib: “Basketbol bizdə ailəvi idman növüdür. Mənim anam da basketbolçu olub. Altı yaşım olanda məni özünün sabiq məşqçisi Tofiq Həsənovun bölməsinə məşq etməyə qoydu. İdman karyeram da belə başladı. Mən dərhal basketbolu sevdim”.

Poladxanlı uğur qazanmasında anasının rolunu vurğulayıb: “İstedad mənə anamdan keçib. Hesab edirəm ki, bu amil böyük rol oynayıb. Yelena Ustinova (Poladxanova) SSRİ dövründə Azərbaycan yığmasının kapitanı idi. Onun çox yaxşı atışları var idi. Təəssüf ki, onun bu bacarığı mənə keçməyib. Amma bunun üzərində çalışıram. Anam hazırda bədən tərbiyəsi müəllimi işləyir”.

İdman.biz

Məqalədə: