Amerikalının Azərbaycan çempionu olmaq istəyi

9 Fevral 2024 14:20
450
Amerikalının Azərbaycan çempionu olmaq istəyi

“NTD-İNDİQO-ya keçmək barədə qərar vermək asan oldu”.

İdman.biz xəbər verir ki, bunu NTD-İNDİQO-nun yeni transferi Eysan Vayli deyib.

Amerikalı basketbolçu Xaçmaz klubuna keçidini şərh edib. 25 yaşlı forvard bildirib ki, Azərbaycanda əsas hədəfi çempion olmaqdır: “Çempionluq uğrunda mübarizə aparmaq və karyeramı uğurlu bir istiqamətə qaytarmaq üçün unikal bir fürsət idi. Liqa haqqında çox şey bilmirdim, amma bəzi araşdırmalardan sonra hər komandadakı amerikalıların sayına diqqət yetirdim. Məqsədim burada çempionluq qazanmaqdır. Titul mövsüm bitdikdən sonra hər bir oyunçu üçün imkanlar yaradır. Bundan əlavə, ağır məşqlər edib, hər gün daha güclü olmağa çalışıram".

Qeyd edək ki, NTD-İNDİQO 13 turdan sonra ABL-da 4-cü pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: