Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Rivers “Miluoki”də 40 milyon qazanacaq - İdman və Biz

Rivers “Miluoki”də 40 milyon qazanacaq

Xəbərlər
25 Yanvar 2024 20:43
402
Rivers “Miluoki”də 40 milyon qazanacaq

“Miluoki Baks”a başcılıq edəcək Dok Riversin müqaviləsinin detalları bəlli olub.

İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis 2026/2027 mövsümünün sonuna kimi 40 milyon avro qazanacaq.

62 yaşlı mütəxəssis klubla danışıqları yekunlaşdırıb. Yaxın saatlarda onun idman ictimaiyyətinə təqdim olunması gözlənilir. Riversin son işlədiyi klub “Filadelfiya” olub. O, 2023-cü ildə pley-offda “Boston”a uduzduqdan sonra komandanı tərk edib.

Qeyd edək ki, “Miluoki” bir neçə gün əvvəl baş məşqçi Edrian Qriffin istefaya göndərib. Komanda Şərq Konfransında 43 oyundan sonra 30 qələbə qazanıb.

İdman.biz

Məqalədə: