Azərbaycan Basketbol Federasiyası (ABF) ilə U-14 və daha aşağı yaş qrupları üzrə oğlan milli komandalarının koordinatoru Milan Kotaraç arasında əməkdaşlığa son qoyulub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, Milan Kotaraç iki il ərzində bu vəzifədə fəaliyyət göstərib. O, aşağı yaş qruplarında perspektivli basketbolçuların aşkarlanması, seçilməsi və inkişafı istiqamətində iş aparıb.
Bu müddət ərzində mütəxəssis gənc oyunçuların potensialının üzə çıxarılmasına, onların basketbol bacarıqlarının təkmilləşdirilməsinə və milli komanda səviyyəsində çıxışlara hazırlanmasına xüsusi diqqət yetirib.
Federasiya Milan Kotaraçın gənc basketbolçularla gördüyü işi yüksək qiymətləndirib və birgə fəaliyyətə görə ona təşəkkür edib.
