“Xəzri” 26 yaşlı amerikalı ilə müqavilə imzalayıb

Xəbərlər
21 Yanvar 2024 17:42
159
“Xəzri” 26 yaşlı amerikalı ilə müqavilə imzalayıb

Azərbaycan Basketbol Liqası təmsilçisi “Xəzri” heyətini gücləndirib.

İdman.biz xəbər verir ki, komanda Yusuf Mohamed ilə müqavilə bağlayıb.

210 sm boya malik amerikalı basketbolçu mərkəz hücumçusu mövqeyində çıxış edir. 26 yaşlı Mohamed Slovakiyanın “Komarno” klubundan heyətə cəlb olunub.

Qeyd edək ki, “Xəzri” 11 turdan sonra 20 xalla 3-cü pillədə qərarlaşıb.

İdman.biz