“FIBA EuroBasket 2029”da Lüksemburqla oynayacaq millimizin heyəti məlumdur

30 İyun 2026 20:26
475
“FIBA EuroBasket 2029”da Lüksemburqla oynayacaq millimizin heyəti məlumdur

"FIBA EuroBasket 2029"un ilkin təsnifat mərhələsində Lüksemburqa qarşı keçiriləcək səfər oyunu üçün millimizin heyəti müəyyənləşib.

İdman.Biz bildirir ki, komandaya aşağıdakı oyunçular daxildir:

Emmanuel Aqbason, Vesli Van Bek, Əkbər Məmmədov, Orxan Aydın, Ulaş Turqut, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Amil Həmzəyev, Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz, Şirzad Şirzadov.

Milli iyulun 2-də “Centre National Sportif et Culturel d’Coque” arenasında oyuna çıxacaq.

Oyun Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.

İdman.Biz