Belarus sınağı öncəsi kişi basketbol millimizin açıq məşqindən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

19 İyun 2026 13:20
132
Belarus sınağı öncəsi kişi basketbol millimizin açıq məşqindən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Kişilərdən ibarət Azərbaycan basketbol millisinin Bakı İdman Sarayında idman mətbuatının nümayəndələri üçün açıq məşqi təşkil olunub.

İdman.Biz xəbər verir ki, tədbir zamanı jurnalistlər yığmanın məşq prosesini izləyib, basketbolçuların hazırlıq səviyyəsi və onlar üçün yaradılan şəraitlə yaxından tanış olublar.

Açıq məşqdən sonra Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev media nümayəndələrinin suallarını cavablandırıb. O, komandanın təlim-məşq prosesi, oyunçuların psixoloji durumu və qarşıdakı görüşlərə hazırlıq səviyyəsi barədə ətraflı məlumat verib.

Mütəxəssis eyni zamanda yığmanın Belarus millisi ilə keçirəcəyi iki yoxlama oyununa hazırlıq prosesindən danışıb.

Qeyd edək ki, komanda Belarusla iyunun 20-si və 22-də Bakıda gücünü sınayacaq. Sınaq matçları Avropa çempionatının - “AvroBasket-2029” ilkin seçmə mərhələsində son qrup oyunlarına hazırlıq məqsədi daşıyacaq.

Xatırladaq ki, yığmamız 2029-cu ildə baş tutacaq Avropa çempionatının - “AvroBasket-2029” ilkin seçmə mərhələsi çərçivəsində iyulun 2-də səfərdə Lüksemburqa, 5-də isə Bakıda İrlandiya ilə qarşılaşacaq.

İdman.Biz