“Sabah” klubunun FIBA Avropa Kubokundakı oyunlarının təqvimi açıqlanıb

Xəbərlər
31 Avqust 2023 13:03
“Sabah” klubunun FIBA Avropa Kubokundakı oyunlarının təqvimi açıqlanıb

"Sabah" basketbol komandasının FIBA Avropa Kubokunun təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Klubun mətbuat xidmətindən İdman.biz-a verilən məlumata görə, A qrupunda yer alan paytaxt təmsilçisi ilk matçını oktyabrın 2-də Niderlandın "Donar" kollektivinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Avropa Kubokunun debütantı ikinci oyunda Şimali Makedoniyanın "Rabotniçki" klubunu sınağa çəkəcək. Oktyabrın 3-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

"Sabah"ın qrupdakı son matçı isə oktyabrın 5-də Rumıniya "Rapid"inə qarşı olacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 19:30-da veriləcək.

Qeyd edək ki, qrup mərhələsinin oyunları 2-5 oktyabrda Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. Qrup qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

İdman.biz