“Xırdalan” millinin sabiq basketbolçusu ilə vidalaşıb

10 Yanvar 2024 11:05
573
“Xırdalan” millinin sabiq basketbolçusu ilə vidalaşıb

“Xırdalan” basketbolçusu İsmayıl Məmmədovla yollarını ayırıb.

İdman.biz xəbər verir ki, millinin sabiq oyunçusu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Xırdalan”ın bu addımı atması Məmmədovun daim oynamaq şansı qazana bilməməsidir.

Qeyd edək ki, İsmayıl Məmmədov daha öncə “Qərb Universiteti” və “Araz Naxçıvan”ın şərəfini qoruyub.

İdman.biz