“Neftçi”dən yarımfinala gedən möhtəşəm yol: NTD mübarizəni dayandırdı

19 Aprel 2026 18:40
194
“Neftçi”dən yarımfinala gedən möhtəşəm yol: NTD mübarizəni dayandırdı

Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin həlledici oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, günün maraqla gözlənilən qarşılaşmasında “Neftçi” və NTD komandaları növbəti dəfə üz-üzə gəliblər. Bakı İdman Sarayında reallaşan və böyük gərginliyə səhnə olan görüşdə “Neftçi” rəqibini 102:97 hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni təmin edib.

Xatırladaq ki, seriyanın ilk matçında NTD 97:94 hesabı ilə qalib gəlsə də, ikinci qarşılaşmada “Neftçi” 119:99 hesabı ilə revanş götürmüşdü. Üçüncü oyundakı qələbə paytaxt təmsilçisini çempionluq yolunda bir addım da irəli aparıb.

Yarımfinalda "Neftçi"nin rəqibi "Şəki" klubuna seriyanin ümumi hesabında 0:2 hesabı ilə qalib gələn "Abşeron Lions" basketbolçuları olub.

Günün ikinci görüşündə isə "Ordu" və "Gəncə" klubları mübarizə aparıblar. Oyun "Gəncə" nin 88:78 hesablı qələbəsi ilə başa çatıb. Qələbə sayəsində "Gəncə" seriyanın ümumi hesabında 2:1 qalib gəlib və yarımfinalda "Naxçıvan"ı seriyanın ümumi hesabında 0:2 məğlub edən son çempion "Sabah" a rəqib olub.

Qeyd edək ki, yarımfinal pley-off seriyalarında ilk oyunlar 22-23 apreldə keçiriləcək. Reqlamentə əsasən seriyalarda ən tez iki qələbə qazanmış klublar finala vəsiqə qazanacaqlar.

İdman.Biz