Olimpiya basketbol tarixinin ən sərrast bombardiri vəfat edib

18 Aprel 2026 15:00
159
Olimpiya basketbol tarixinin ən sərrast bombardiri vəfat edib

Olimpiya basketbol turnirlərinin tarixində ən çox xal toplayan oyunçu, braziliyalı Oskar Şmidet 69 yaşında vəfat edib.

İdman.Biz xəbər verir ki, basketbolçu özünü pis hiss etdikdən sonra xəstəxanaya yerləşdirilib. O, 15 il ərzində beyin şişi ilə mübarizə aparıb.

Braziliyalı sabiq basketbolçu ardıcıl olaraq beş Olimpiya Oyunlarında (1980–1996) iştirak edib. O, Olimpiya turnirlərində 1000 xal həddini keçən yeganə basketbolçudur.

Oscar Şmidet 2010-cu ildə FIBA Şöhrət Zalına daxil edilib. O, 2016-cı ildə Yay Olimpiya Oyunlarının açılış mərasimində də iştirak edib.

İdman.Biz