Azərbaycan Basketbol Liqasında mövsümə yekun vurulub - YENİLƏNİB + FOTO

31 Mart 2026 21:12
451
Azərbaycan Basketbol Liqasında mövsümə yekun vurulub

Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm mövsüm yekunlaşıb.

İdman.Biz bildirir ki, 28-31 mart tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm mövsümün sonuncu, 20-ci turunun oyunları baş tutub.

A və B qruplarında keçirilmiş oyunlarda aşağıdakı hesablar qeydə alınıb:

A qrupu
“Şəki” – “Gəncə” (73:84)
“Neftçi” - NTD (93:83)
“Sabah” – “Abşeron Lions” (105:72)

B qrupu
“Quba” – “Naxçıvan” (96:103)
“Sərhədçi” – “Sumqayıt” (93:89)
“Ordu” – “Lənkəran” (107:65)

Qeyd edək ki, reqlamentə əsasən müntəzəm çempionatı A qrupunda ilk üç sırada bitirmiş “Sabah”, “Abşeron Lions”, “Neftçi” klubları və B qrupunun birincisi “Ordu” klubu birbaşa olaraq play-off'a (1/4 final) vəsiqəni təmin ediblər. 1/8 final mərhələsində isə, “Naxçıvan” – “Sərhədçi”, “Gəncə” – “Lənkəran”, “Quba” – “Şəki”, “Sumqayıt” - NTD oyunları baş tutacaq. 1/8 final seriyalarında ən tez iki qələbə qazanmış komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Oyunlar aprel ayında start götürəcək.

10:07

Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, 20-ci turun sonuncu oyununda A qrupunda “Sabah” “Abşeron Lions”la qarşılaşacaq.

Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Turnir cədvəlində “Sabah” 37 xalla liderdir. “Abşeron Lions” isə 36 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Sərhədçi” “Sumqayıt”ı (93:89), “Ordu” “Lənkəran”ı (107:65), “Naxçıvan” “Quba”nı (103:96), “Gəncə” “Şəki”ni (84:73), “Neftçi” NTD-ni (93:83) məğlub edib.

İdman.Biz