NBA: 73 oyunda cəmi 9 qələbə

Xəbərlər
31 Dekabr 2023 00:23
105
NBA: 73 oyunda cəmi 9 qələbə

“Detroyt Pistons” 2023-cü ildə NBA-da 73 oyunun cəmi 9-da qələbə qazanıb.

İdman.biz xəbər verir ki, başa çatmaqda olan ildə komanda ardıcıl 28 matçda meydanı məğlub tərk edib.

Bununla da, Detroyt klubu turnirin antirekorduna imza atıb. Miçiqan təmsilçisi yalnız hazırki mövsümün ilk 3 oyununda 2 qələbə qazanmaqla kifayətlənib. Əvvəllər “Klivlend Kavalyers” (2010/2011) və “Filadelfiya Siksers” (2013/2014) dalbadal 26 oyunda uduzublar.

Qeyd edək ki, “Pistons” son görüşdə “Boston Seltiks”ə overtaymda 122:128 hesabı ilə uduzub. Komanda 21 xallıq üstünlüyü qoruya bilməyib.

İdman.biz

Məqalədə: