Ayverson Cordanı ən yaxşı hesab edir

Xəbərlər
29 Dekabr 2023 00:18
171
Ayverson Cordanı ən yaxşı hesab edir

Veteran basketbolçusu Allen Ayverson NBA-nın ən yaxşılarının adlarını açıqlayıb.

İdman.biz xəbər verir ki, o, Maykl Cordan, Kobi Brayant və Lebron Ceymsin adını çəkib.

Şou proqramlardan birinə qatılan Ayverson “Mənim üçün birinci Maykl Cordan gəlir, sonra Kobi Brayant və digərləri…” deyib. O Lebronun da ən yaxşılar sırasında olduğunu qeyd edib.

Qeyd edək ki, Cordan 6 dəfə NBA çempionu olub və eyni sayda NBA finallarının MVP-si seçilib.

İdman.biz