Bu gün basketbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin matçları keçiriləcək.
İdman.Biz xəbər verir ki, ilk qarşılaşma saat 18:00-da “Ordu” və “Sabah” komandaları arasında baş tutacaq.
Yarımfinalın ikinci oyunu isə “Gəncə” və “Şəki” komandaları arasında olacaq. Bu görüş saat 21:00-da start götürəcək.
Hər iki qarşılaşma Bakı İdman Sarayında təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı fevralın 22-də keçiriləcək və oyun saat 17:00-da başlanacaq.
