Şəhriyar Əsgərov: “Müdafiədə çox etibarlı oynadıq”

Müsahibə
24 Dekabr 2023 09:27
98
Şəhriyar Əsgərov: “Müdafiədə çox etibarlı oynadıq”

"Çox güclü rəqibə qarşı oynadıq. "Xırdalan" son zamanlar yüksələn xətlə irəliləyirdi”.

İdman.biz xəbər verir ki, bunu "Cəlilabad" basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan çempionatında "Xırdalan"a qalib gəldikləri (98:90) oyunu şərh edərkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, qələbələrində zədəli oyunçuların heyətə qayıtması rol oynayıb: “Son turlardakı məğlubiyyətlər məhz itkilərimiz səbəbindən olmuşdu. Komanda şəklində müdafiədə çox etibarlı oynadıq. Görüşün gedişində "Xırdalan" bizə çətin anlar yaşatmağa çalışsa da, həmlələrə dərhal cavab verə bildik. Ümumən matça diqtə edən tərəf biz idik. "Xırdalan" komandasına bu gözəl oyuna görə təşəkkür edirəm. Bizim azarkeşləri bu vacib qələbə münasibətilə təbrik edirəm. Qarşıdan gələn bayramınız mübarək".

Qeyd edək ki, “Cəlilabad” I dövrəni 13 xalla 6-cı pillədə başa vurub.

İdman.biz