“Lənkəran” basketbol klubu Bilal Şabaz ilə yollarını ayırıb

30 Yanvar 2026 17:01
92
“Lənkəran” basketbol klubu Bilal Şabaz ilə yollarını ayırıb

“Lənkəran” basketbol klubu amerikalı legioneri Bilal Şabaz ilə yolları ayırdığını rəsmən açıqlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Lənkəran” Basketbol Klubu məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

25 yaşlı basketbolçu cənub təmsilçisinə cari mövsümün əvvəlində qoşulmuşdu.

Qeyd edək ki, “Lənkəran” bundan əvvəl Ankit Çoudhari və Antoni Tseqekele ilə də vidalaşıb. Komanda əvəzində kanadalı Rahem Sullivan ilə güclənib.

İdman.Biz