Azərbaycan Basketbol Liqası: “Naxçıvan” ”Quba”nı məğlub edib - YENİLƏNİB

30 Yanvar 2026 21:21
296
Azərbaycan Basketbol Liqası: “Naxçıvan” ”Quba”nı məğlub edib

Azərbaycan Basketbol Liqasının 15-ci turunda daha bir oyun keçirilib.

İdman.Biz-in məlumatına görə, B qrupunun matçında “Quba” ilə qarşılaşan “Naxçıvan” 82:70 hesabı ilə qalib gəlib.

Qarşılaşma Bakı İdman Sarayında baş tutub.

Azərbaycan Basketbol Liqasında 15-ci tura fevralın 1-də yekun vurulacaq.

10:24

Bu gün Azərbaycan Basketbol Liqasının 15-ci turunun B qrupunda daha bir oyun keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Naxçıvan” “Quba” ilə qarşılaşacaq.

Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. Turnir cədvəlində “Naxçıvan” 25 xalla ikinci pillədə qərarlaşır. 19 xala malik “Quba” isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, 15-ci tura fevralın 1-də yekun vurulacaq. Ötən gün keçirilən “Lənkəran” - “Ordu” qarşılaşması “Ordu” komandasının 103:63 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz