“Gəncə”nin baş məşqçisi: “Hakimlərin oyunun nəticəsinə bu qədər müdaxilə etməsi doğru deyil”

Xəbərlər
22 Dekabr 2023 17:02
157
“Gəncə”nin baş məşqçisi: “Hakimlərin oyunun nəticəsinə bu qədər müdaxilə etməsi doğru deyil”

“Pley-off yolunda bizim əsas rəqiblərimizdən biri “Sumqayıt idi. Onlar üzərində qələbə yaxşı nəticə olacaqdı”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasının IX turunda “Sumqayıt”a 88:95 uduzan “Gəncə”nin baş məşqçisi Bedri Meriç deyib.

Mütəxəsisin bildirib ki, bu məğlubiyyət onlar üçün pley-off yolunda ciddi itki olacaq: “Bundan əvvəlki iki turda qalib gəlməklə irəliləyişə nail olmuşduq. Üçüncü addımı da ata bilsəydik, daha yaxşı ola bilərdi. Geridönüş etməyə nail olduq. Fərqi aradan qaldırdıq. Amma təəssüf ki, oyunun sonunda uğurlu ola bilmədik”.

Debütantın çalışdırıcısının sözlərinə görə, hakimlər oyunun nəticəsinə təsir ediblər: “Sərhədçi” ilə matçda da eyni şeylər baş vermişdi. Bu gün də hakimlərlə bağlı təkrar hadisələr oldu. Hakimlərin oyunun nəticəsinə bu qədər müdaxilə etməsi doğru deyil. Ədalət təmsilçiləri xəta edə bilərlər. Buna çox adətkaram. Türkiyədə, Avropada bu cür olayları yaşadıq. Eyni epizodda hər komanda üçün fərqli qərarlar verilir. Hakimlərin də bilik və bacarıqlarının artırılmasına ehtiyac var. Çünki biz komanda olaraq əmək sərf edirik, zəhmət çəkirik. Belə səhvlər olduqda nəticə də fərqli olur. “Sərhədçi” ilə matçda da bir oyunçumuzun meydandan qovulmasına görə görüşü uduzduq. Eyni şeylər indi də təkrarlandı. Bunu başa düşə bilmirəm. Ümid edirəm ki, hakimlər də öz səhvlərindən nəticə çıxararlar. İkinci dövrəyə daha yaxşı şəkildə hazırlaşmalıyıq".

Qeyd edək ki, “Gəncə” IX turdan sonra 12 xalla 6-cı pillədə yer alıb.

İdman.biz

Məqalədə: