Azərbaycan Basketbol Liqasında 14-cü tura yekun vurulub - YENİLƏNİB

25 Yanvar 2026 21:23
378
Azərbaycan Basketbol Liqasında 14-cü tura yekun vurulub - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasında 14-cü tura tura yekun vurulub.

İdman.Biz xəbər verir ki, turun son oyununda "Neftçi" "Abşeron Lions"la qarşılaşıb. Bakı İdman Sarayında keçirilən oyunda 107:96 hesablı qələbə qeydə alınıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Ordu"nu (100:96), "Quba" "Lənkəran"ı, (86:68) "Naxçıvan" "Sərhədçi"ni (65:57), "Sabah" "Gəncə"ni (101:77), NTD isə "Şəki"ni (95:93) məğlub edib.

16:15

Azərbaycan Basketbol Liqasının 14-cü turunda Şəki Olimpiya İdman Kompleksində "Şəki" NTD-ni qəbul edib. A qrupunun qarşılaşması qonaq kollektivin 95:93 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Ordu"nu (100:96), "Quba" "Lənkəran"ı, (86:68) "Naxçıvan" "Sərhədçi"ni (65:57), "Sabah" isə "Gəncə"ni (101:77) məğlub edib.

10:30

Azərbaycan Basketbol Liqasının 14-cü turu çərçivəsində bu gün A qrupunda keçiriləcək iki oyunla tura yekun keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Şəki” komandası evdə NTD-ni qəbul edəcək. Görüş Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da başlayacaq.

Turnir cədvəlində “Şəki” 15 xalla beşinci pillədə qərarlaşıb. 13 xala malik NTD isə sonuncu – altıncı yerdədir.

Turun sonuncu oyununda isə “Neftçi” “Abşeron Lions”la qarşılaşacaq. Oyun saat 18:00-da Bakı İdman Sarayında keçiriləcək.

“Abşeron Lions” lider “Sabah”la eyni - 25 xalla malikdir və ikinci pillədədir. 18 xal toplayan “Neftçi” isə üçüncüdür.

İdman.Biz