Azərbaycan Basketbol Liqası: “Lənkəran” səfərdə “Sərhədçi”ni məğlub etdi - YENİLƏNİB + FOTO

Xəbərlər
8 Yanvar 2026 22:31
138
Azərbaycan Basketbol Liqası: “Lənkəran” səfərdə “Sərhədçi”ni məğlub etdi

Azərbaycan Basketbol Liqasının 12-ci turunun B qrupunun ikinci oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, “Lənkəran” “Sərhədçi” üzərində 72:69 hesablı qələbə qazanıb.

Bu matç “Sərhədçi” İdman Mərkəzində keçirilib.

17:57

Azərbaycan Basketbol Liqasının 12-ci turunun B qrupunun ilk oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada “Quba” “Ordu”ya 111:116 hesabı ilə məğlub olub.

Qeyd edək ki, günün ikinci matçı saat 20:00-da baş tutacaq. “Sərhədçi” “Lənkəran”la üz-üzə gələcək.

09:24

Bu gün Azərbaycan Basketbol Liqasının 12-ci turunda iki oyun keçiriləcək.

İdman.Biz xəbər verir ki, B qrupunda oynanacaq matçlarda “Sərhədçi” “Lənkəran”ı, “Quba” isə “Ordu”nu qəbul edəcək.

“Sərhədçi” “Lənkəran” qarşılaşması “Sərhədçi” İdman Mərkəzində, saat 20:00-da start götürəcək.

Digər oyun isə Quba Olimpiya İdman Kompleksində saat 15:00-da keçiriləcək.

Qeyd edək ki, qrupda “Ordu” 22 xalla birinci, “Quba” 15 xalla üçüncü, “Sərhədçi” 15 xalla dördüncü, “Lənkəran” isə 14 xalla beşinci yerdə qərarlaşıb.

İdman.Biz