Avroliqanın 21-ci turunda “Real Madrid” və “Makkabi Təl-Əviv” arasında keçiriləcək oyunun azarkeşsiz keçiriləcək.
İdman.Biz bildirir ki, bu barədə “Real”ın mətbuat xidməti məlumat yayıb.
“Real Madrid” yanvarın 8-də keçirilməsi planlaşdırılan “Makkabi Təl-Əviv”lə Avroliqa matçının qapalı keçiriləcəyini təsdiqləyir. Oyunu təhlükəli elan edən Zorakılıq, İrqçilik, Ksenofobiya və İdmanda Dözümsüzlüklə Mübarizə üzrə Dövlət Komissiyasının iclasından sonra “Real Madrid” Milli Polisin tövsiyəsinə əməl edir.
Bu oyun üçün alınan bütün biletlər alıcı tərəfindən heç bir iddia olmadan dərhal və avtomatik olaraq geri qaytarılacaq. Mövsüm biletləri sahiblərinə pulları geri qaytarılacaq”, - klubun açıqlamasında bildirilir.
