115 kiloqram çəkisi ilə Audi Kruk ABŞ basketbolunu silkələyir - VİDEO

Xəbərlər
26 Dekabr 2025 11:45
55
115 kiloqram çəkisi ilə Audi Kruk ABŞ basketbolunu silkələyir

115 kiloqram çəkiyə malik Audi Kruk ABŞ-nin tələbələr arasında keçirilən basketbol yarışının parlaq simasına çevrilib.

İdman.Biz xəbər verir ki, o, hər oyuna orta hesabla 29 xal toplayır və bir çox matçda bu göstəricini də üstələyir.

Audi Kruk cüssəsi, dəqiq ötürmələri və oyunu düzgün oxuma bacarığı ilə seçilir.

Lakin 115 kiloqram çəki ürək üçün ikiqat yük hesab olunur və bu, mütəxəssisləri narahat edir. Məhz bu səbəbdən onun qidalanmasına, xüsusilə də fastfuddan imtina etməsinə ehtiyac olduğu vurğulanır.

İdman.Biz