Bu gün Azərbaycan Basketbol Liqasında daha üç oyun keçiriləcək.
İdman.Biz xəbər verir ki, ilk olaraq doqquzuncu turdan təxirə salınmış oyun baş tutacaq.
Son ölkə çempionu “Sabah” “Gəncə”ni qəbul edəcək. Görüş Bakı İdman Sarayında, saat 17:00-da start götürəcək.
Saat 20:00-da 11-ci turun “Sərhədçi” - “Quba” və “Abşeron Lions” - “Şəki” qarşılaşmaları baş tutacaq. Görüş müvafiq olaraq “Sərhədçi” İdman Mərkəzi və Bakı İdman Sarayında təşkil olunacaq.
11-ci turun NTD - “Gəncə” və “Sabah” - “Neftçi” oyunları qeyri-müəyyən müddətə təxirə salınıb. Turun əvvəlki matçlarında “Ordu” “Naxçıvan”ı (86:64), “Sumqayıt” “Lənkəran”ı (99:95) məğlub edib.
