“Bu gün müdhiş mübarizə ortaya qoyduq. Hamını bir-bir təbrik edirəm. Ceykob Uayli xəstə olaraq oynadı. Ona xüsusi minnətdaram. Çox mübarizə apardı”.
İdman.Biz bildirir ki, bu sözləri “Şəki” ilə səfər oyunundan sonra “Gəncə” basketbol klubunun baş məşqçisi Halil Atlı komandanın mətbuat xidmətinə deyib.
Şəki Olimpiya İdman Kompleksində keçirilən matç 78:73 hesabı ilə “Gəncə”nin xeyrinə qurtarıb.
“Şəki” həm evdə, həm səfərdə çox mübarizə aparan komandadır. İlk matçda öz səhvlərimizdən, konsentrasiyasız oynamağımızdan dolayı istəmədiyimiz halda məğlub olmuşduq. Bu oyun daha çox mübarizə apardığımızı düşünürəm.
Qarşıda “Sabah” ilə təxirə salınan görüşümüz var. İki gün sonra meydana çıxacağıq. Üst-üstə səfərlərdəyik. Hardasa Avropa Kuboklarında çıxış edən klublardan daha sıx təqvimdə oynayırıq. Bu, bizi çox çətin vəziyyətə salır. Amma Bakıda da ən yaxşı şəkildə mübarizə aparıb ili yaxşı nəticə ilə başa vurmaq istəyirik”.
