FIBA Çempionlar Liqası: “Sabah” mübarizəni dayandırıb - YENİLƏNİB

17 Dekabr 2025 01:02
177
FIBA Çempionlar Liqası: “Sabah” mübarizəni dayandırıb - YENİLƏNİB

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirib.

İdman.Biz-in məlumatına görə, Berlində “Alba” klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin kollektivi 82:106 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, “Sabah” B qrupunu 7 xalla sonuncu - dördüncü pillədə bitirib. “Alba” və Fransanın “Elan Şalon” klubları hərəyə 11 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. “Sabah”la eyni xala malik Çexiyanın “Nimburk” komandası üçüncü olub.

09:20

Bu gün “Sabah” basketbol komandasının FIBA Çempionlar Liqasının B qrup mərhələsində oyunu baş tutacaq.

İdman.Biz xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Almaniyanın paytaxtı Berlində “Alba” klubu ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, “Sabah” B qrupunda altı xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. “Alba” və Fransanın “Elan Şalon” kollektivləri hərəyə doqquz xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. “Sabah”la eyni xala malik Çexiyanın “Nimburk” komandası üçüncüdür.

İdman.Biz
Məqalədə: